Yolların işıqlanmasında alternativ enerjidən istifadə olunacaq

Azərbaycanda yolların işıqlandırılmasında ölkədə istehsal olunan alternativ enerjidən istifadə olunacaq. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib. “Hazırda Azərbaycan yolları layihəsi içərisində ən önəmli yeri Sumqayıt şəhərinin çıxacağında 2,8 meqavatlıq stansiya və Qaradağ rayonu ərazisində Sahil və Səngəçal stansiyaları tutur. Bu stansiyaların ümumi həcmi 10 meqavat olacaq. Bu istiqamətdə işlər davam edir. Sumqayıt Günəş istilik stansiyası demək olar ki, tamamlanır. Qaradağ rayonunda isə panellərin düzülmə prosesi davam edir. Üç ay müddətinə biz bu stansiyaları tamamlayıb, “Azərenerji”nin şəbəkəsinə qoşula biləcəyik”, - deyə A. Bədəlov bildirib.
Onun sözlərinə görə, bu stansiyalarda istehsal olunan enerji birbaşa Bakı-Qaradağ istiqamətində Gəncə, Lənkəran və Sumqayıt, Bakı-Xaçmaz istiqamətində yolların işıqlandırılmasına yönəldiləcək.
Qeyd edək ki, yay aylarında Suraxanıda istifadəyə verilən stansiyasında istehsal olunan enerji hesabına Bakı ətrafı magistral yollar işıqlandırılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












