Avtobus zolaqlarına hansı halda daxil olmaq olar? – DYP-dən AÇIQLAMA

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtobus zolaqlarından istifadəyə dair vətəndaşları maarifləndirən açıqlama yayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə yayılan məlumatda sürücülərə avtobus zolaqlarının istifadəsi ilə bağlı bir sıra vacib nüanslar izah edilib.
Qeyd olunur ki, 5.9 nişanı ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün təyin olunmuş zolaq nişanıdır. Sürücülər bu nişana “avtobus zolağı” nişanı deyirlər. Yalnız sərnişin daşınması üçün nəzərdə tutulan, müəyyən edilmiş müntəzəm marşrut xətti üzrə təyin edilən dayanacaqlarla hərəkət edən avtobusların bu zolaqdan istifadə etməsinə icazə verilir.
Əgər həmin zolaq 1.1, yəni bütöv nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılarsa, bu zaman digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olması qadağandır.
Əgər 1.11 nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılarsa, bu zaman sürücülər dönərkən bu zolaqdan istifadə edə bilərlər. Ancaq hərəkəti düzünə davam etdirmək olmaz.
5.9 nişanı əlavə məlumat lövhəciyi ilə birgə quraşdırılıbsa, lövhədə qeyd edilən saatlar nişanın qüvvədə olma vaxtını bildirir. Yəni, saat 07:00-dan 22:00-a qədər digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olması qadağandır. Qalan saatlarda isə hərəkətinə icazə verilir.
Əgər 5.9 nişanı tək quraşdırılıbsa, bu, günün bütün saatlarında digər nəqliyyat vasitələrinin avtobus zolağına daxil olmasının qadağan edildiyini göstərir.
Yol polisi sürücülərə çağırış edərək bildirir ki, qaydaları pozanlar barəsində inzibati məsuliyyət nəzərdə tutulur və sürücülərin bu qaydalara ciddi əməl etməsi vacibdir.
Eltac Zülfüqaroğlu
Bu yol nişanlarının tələblərini bilməyənlər qəza şəraiti yaradır – EKSPERT - FOTO
Səməd Vurğun heykəlinin önünə velosiped zolağının çəkilməsi təklif edilir - FOTO
Gəncə şəhərində turistik nişanlanma işləri həyata keçirilib - FOTOLAR
Ağacın arxasında qalan nişan sürücüləri qayda pozmağa vadar edir - VİDEO
Magistral yolların təhlükəsizliyinə kölgə salan çatışmazlıqlar nələrdir? – Ekspert AÇIQLADI
“Dəniz Mall”un ətrafına mobillik zolağı çəkilir - FOTO
Bu ölkədə işıqforlara 4-cü rəng əlavə edilir; səbəb bu imiş
Yasamalda bu küçədə velosiped zolağı salınır - FOTO
Piyadaların diqqətinə: Bu yolda işıqfora əlavə bölmə quraşdırılıb - VİDEO
Bu yolda sağ zolaqda dayanarkən diqqətli olun; düzünə hərəkət qadağan edildi - VİDEO
Bakı küçələrinə döşənən bordürlər 7 il sonra yararsız hala düşür – ŞİKAYƏT - FOTO








