Bakının mərkəzindəki yararsız panduslar əhali üçün təhlükəlidir - FOTO

Bakının Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən panduslar uzun müddətdir istifadəyə yararsız vəziyyətdədir.
Avtosfer.az xəbər verir ki, şəhərin mərkəzində yerləşməsinə baxmayaraq, burada pandusların ya deformasiyaya uğradığı, ya da tamamilə sıradan çıxdığı müşahidə olunur.
Ərazidə yaşayan sakinlər və ərazidən istifadə edən vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də problem hələ də həllini tapmayıb. Onların sözlərinə görə, xüsusilə əlilliyi olan şəxslər, uşaq arabası ilə hərəkət edən valideynlər və yaşlı insanlar bu vəziyyətdən ciddi əziyyət çəkirlər.

Məsələ ilə bağlı çəkilmiş görüntülərdən də məlum olur ki, panduslar standartlara cavab vermir və təhlükəsizlik baxımından böyük risk yaradır.
Şəhərin mərkəzi küçələrində belə halların mövcudluğu həm vətəndaşların hüquqlarının pozulmasıdır.
Vətəndaşlar aidiyyəti qurumlardan problemin dərhal aradan qaldırılmasını və Əhməd Cavad küçəsindəki pandusların standartlara uyğun şəkildə yenidən qurulmasını tələb edirlər.
Eltac Zülfüqaroğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: 3 bal100 manat cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO
Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO
Naxçıvanda sürücülər üçün tələ: Yol çöküb, nişan yoxdur - VİDEO












