Kürdəxanıdakı bu yolda işıqforun olmaması ağır qəzalarla nəticələnir - VİDEO

Paytaxtın mərkəzindən kənardakı bəzi ərazilərdə yollarda tənzimləmə işlərinin aparılmasına böyük ehtiyac var. Bəzi küçələrdə, kəsişmələrdə yol nişanları və işıqforlar quraşdırılmasa, nişanlanma xətləri çəkilməsə qəzalardakı ölüm risklərini azaltmaq da mümkün olmayacaq.
Avtosfer.az xəbər verir ki, belə ərazilərdən biri də Sabunçu rayonu Kürdəxanı qəsəbəsidir. Belə ki, rayonun Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələrini birləşdirən Əjdər Mikayılov küçəsində işıqlandırmada yaranan çətinlik daha sonra piyadavurma hadisələrinə səbəb olur. Belə ki, küçə boyu elektrik dirəklərinin quraşdırılmasına baxmayaraq, icra hakimiyyəti bu mövzuda həmkarları ilə eyni mövqqe tutaraq qənaət strategiyasına önəm verməyi seçib.

Üstəlik “Kərpic zavod” adlanan əraziyə döngədə piyada keçidinin yerinin yanlış seçilməsi, nişanlanma xətlərinin yenilənməməsi də həm sürücülərə, həm də piyadalara çətinliklər yaradır. Sakinlər deyir ki, sürət həddini aşan bir çox avtomobil idarəçisi piyada keçidindəki vətəndaşlara yolu keçməyə şərait yaratmır. Bəzən ərazidə piyada ölümü ilə nəticələnən ağır qəzalar da baş verib.
Əməkdaşımızın Kürdəxanı qəsəbəsindən çəkdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Stop-xətt nədir? Yollarda bu nişanlanma xəttinin tətbiqi niyə vacibdir? - AÇIQLAMA
Neftçalada solmuş “STOP” nişanı sürücülər üçün problem yaradır - FOTO
Bu yolda hər an qəza baş verə bilər: Nişanlar görünmür - VİDEO
Bakıda bu küçələrdəki "zebra"lar yenilənəcək - RƏSMİ
Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: AYNA iddialara cavab verdi - VİDEO
Nizamidə ağaclar "Yol ver" nişanının qarşısını kəsən ağaclar bundandı – FOTO - VİDEO
Xırdalanda təhlükəli piyada keçidləri: Aidiyyəti qurumlar nəyi gözləyir? - VİDEO
Yasamala quraşdırılmış bu nişana heç kim əməl etmir: Səbəbi budur - VİDEO
Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - VİDEO
STOP nişanına indi süni intellektlə nəzarət ediləcək - FOTO - VİDEO
Yolu bağladılar, amma nişanı götürmək yaddan çıxdı - VİDEO










