Yol polisi ilə sürücüləri üz-üzə qoyan nişan: ŞİKAYƏT VAR - VİDEO

Paytaxtın Dərnəgül metrostansiyasının yaxınlığında sürücülər yol polisi əməkdaşları tərəfindən tez-tez cərimələnirlər. Redaksiyamıza müraciət edən oxuculardan biri bildirib ki, bu hal əsasən əvvəllər avtobusların son dayanacaq yeri kimi istifadə olunan ərazidə baş verir. Avtosfer.az-ın məlumatına əsasən, həmin ərazidə bir müddət əvvəl hərəkəti qadağan edən yol nişanı quraşdırılıb. Lakin sonradan bu ərazidə elektrik avtobuslarının enerji ilə təmin olunması üçün xüsusi doldurma stansiyası yaradılıb.
Hazırda bu stansiyaya daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri yol polisi əməkdaşları tərəfindən cərimələnirlər. Cərimələrin əsaslandırılması isə həmin ərazidə hərəkəti qadağan edən nişanın mövcudluğu ilə izah olunur. Yaranmış vəziyyət sürücülər arasında narazılığa səbəb olub. Elektrik avtomobili sahibləri hesab edirlər ki, enerji doldurma stansiyasından istifadə etmək onların da hüququdur. Əgər stansiya yalnız elektrik avtobusları üçün nəzərdə tutulubsa, bu barədə ərazidə konkret göstərici və əlavə izah edici nişanlar olmalıdır.
Sürücülərin müraciətlərində bildirilir ki, hazırkı vəziyyət çaşqınlıq yaradır və vətəndaşlar bilmədən cərimələnirlər. Onlar aidiyyəti qurumlardan hərəkəti qadağan edən nişanın oradan götürülməsini, yaxud əraziyə əlavə məlumatlandırıcı nişanların quraşdırılmasını tələb edirlər. Bu dəyişikliklərin edilməsi, onların fikrincə, həm qanun pozuntularının qarşısını alacaq, həm də sürücülər arasında yaranan narazılıqları aradan qaldıracaq.
Fərid
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO












