"07" ilə "avtoşluq" edən sürücü həbs olundu: 15 gün - VİDEO

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qaydaları kobud şəkildə pozan avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, 90-NC-031 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobilin sürücüsü Nuriyev Bürhan Əzim oğlu günün qaranlıq vaxtında ardıcıl olaraq təhlükəli manevrlər edib, maşının təkərlərini asfalt örtüyünə sürtərək səs çıxarıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təhlükəsiz şəhər kameraları vasitəsilə sürücünü aşkarlayıb. O, saxlanılaraq məsuliyyətə cəlb olunub.
Barəsində toplanmış materiallar aidiyyəti üzrə Xətai rayon məhkəməsinə təqdim edilib. Məhkəmə sürücü Nuriyev Bürhan Əzim oğlunu İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilərək barəsində 1 il sürücülük hüuqundan məhrum etməklə 15 gün müddətində inibati həbs qərarı çıxarıb.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










