Abşeronda “avtoş”luq edən şəxs saxlanıldı; məhkəmə vəsiqədən məhrum etdi - VİDEO

Abşeron rayonu Saray qəsəbəsində avtoxuliqanlıq edərək özünü videoya çəkən və sosial şəbəkə hesabında paylaşan sürücü yol polisi tərəfindən müəyyən olunub.
Avtosfer.az-ın məlumatına görə, 43-BE-334 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü Mirşahin Mirəyyub oğlu Bəşirov Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib edilərək baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən sürücü Mirşahin Bəşirova 700 manat məbləğində cərimə tətbiq olunub və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, qayda pozan sürücüylə bağlı bir müddət öncə saytımızda xəbər dərc olunub. Belə ki, o yolda təhlükəli manevrlər edərək həm sürücülərə, həm də piyadalara qəza riski yaratmışdı.
Nərmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












