Abşeronda qayda pozan sürücülər cərimələndi - Maşını saz vəziyyətə saxlayanlara isə... - VİDEO

Ətraf mühitin qorunması, avtomobillərin ixrac etdiyi zəhərli qazların miqdarını ölçmək üçün Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Təmiz hava” aylığı çərçivəsində maarifləndirici tədbir keçirib. Avtosfer.az xəbər verir ki, tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanuna müvafiq tədbirlər görülüb. Həmçinin yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə profilaktik söhbətlər aparılaraq onlara hüquq və vəzifələri izah edilib.
Bildirilib ki, ətraf mühitin, xüsusilə havanın qorunması həm özümüzün, həm də digərlərinin həyat və sağlamlığı üçün önəmlidir.
Tədbirlər zamanı əksər avtomobillərdə zərərli qazların miqdarı normalar çərçivəsində olub. Sürücülər yanacaqla bağlı şikayətlərin əsassız olduğunu, avtomobili vaxtaşırı yoxlamağın vacibliyini bildiriblər.
Tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Orxan
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO



















