Abşeronda reyd: DYP əməkdaşları maşınları yoxladı - SƏBƏB - FOTO - VİDEO

Sürücülər saxlanıldı, avtomobillər yoxlandı. Bəziləri cərimə olundu, amma xəbərdarlıq alanlar da oldu. Həmçinin yol polisi tərəfindən təşəkkür edilən sürücülərə də rast gəlindi.
Avtosfer.az xəbər verir ki, bütün bunlar Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən maarifləndirici tədbirdə baş verib.
Belə ki, oktyabrın 10-dan noyabrın 10-a qədər ölkəmizdə "Təmiz hava aylığı" devizi altında tədbirlər keçirilir. Tədbirlər çərçivəsində avtomobillərdən ixrac olunan zərərli qazların miqdarı ölçülür.
Abşeron DYP tərəfindən baş tutan reyd zamanı da maşınlar xüsusi avadanlıq vasitəsilə yoxlanılıb. Atmosferə zəhərli qazlar ixrac edən avtomobillərin sürücülərinə inzibati protokol yazılıb. Bəzi sürücülərə isə xəbərdarlıq olunub. Səbəb isə həmin sürücülərin avtomobillərində zərərli qazların miqdarı normadan az artıq olmasıdır.
Reyd zamanı bəzi sürücülərə təşəkkür edilib. Belə ki, hətta ili köhnə olan bir sıra avtomobillərin vəziyyəti standartlara tam cavab verin.
Yol polisi sürücülərə bir daha avtomobilləri saz saxlamağı tövsiyə edir. Bildirilir ki, bu inzibati məsuliyyət yaratmaqla yanaşı həm də öz sağlamlığımız üçün ziyandır.
Leyla
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















