Abşeronda yol polisi normaları pozan sürücüləri cərimələdi - "Təmiz hava” aylığı başladı - VİDEO

Respublika ərazisində “Təmiz hava” aylığına start verilib. Aylığın keçirilməsində əsas məqsəd sürücülər arasında maarifləndirmə işi aparmaq və avtomobildən ixrac olunan normadan artıq zəhərli qazlara qarşı mübarizə aparmaq, ətraf mühiti qorumaqdır. Bununla əlaqədar olaraq Abşeron rayonunda DYP Şöbəsinin əməkdaşları tərəfindən maarifləndirici reyd baş tutub. Avtosfer.az xəbər verir ki, tədbir zamanı sürücülərlə proflaktiki söhbətlər aparılıb, “Təmiz hava” aylığı barədə məlumat verilib. Bildirilib ki, avtomobillərdən ixrac olunan zərərli qazlar təbiətə və insan sağlamlığına ziyan vurur.
Abşeron rayon Dövlət Yol Polis Şöbəsinin baş inspektoru polis kapitanı Pərviz Allahverdiyev Avtosfer.az-a bildirib ki, DYP əməkdaşları kütləvi informasiya vasitələri ilə birlikdə “Təmiz hava” aylığı tədbirini və reydləri hər il mütəmadi davam etdirir. Baş tutan tədbirlər müsbət nəticəsini verir. Belə ki, əksər sürücülərin idarə etdiyi avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarı normalar çərçivəsindədir.
Tədbir zamanı bəzi sürücülər barəsində inzibati protokol tərtib edilib, eyni zamanda, avtomobili saz vəziyyətdə olan sürücülərə təşəkkür ifadə olunub.
Nurlan Sakitoğlu
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












