Astarada polis məktəblilərlə maarifləndirici görüş keçirib - FOTO

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şahağacı kənd 2 nömrəli tam orta məktəbində “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda tədbir təşkil olunub.
Çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov bildirib ki, narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir. Son illər Respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli gücləndirilib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında o cümlədən, məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazidd əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.
Sonra Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Mərkəzi Rayon Xəstəxanasının direktoru Oktay Əmənullayev və digərləri müzakirə olunan mövzular ətrafında çıxışlar ediblər və narkomaniya bəlasının acı nəticələri, erkən nikahların fəsadları barədə məktəblilərə ətraflı məlumat veriblər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













