“Avtoşluq” edib “Tik-Tok”da görüntülərini paylaşan sürücü saxlanıldı - RƏSMİ - VİDEO

Qaxda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüləri sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, 90-CM-827 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edib. Belə ki, müxtəlif vaxtlarda qeydə alınmış görüntülərdə əl əyləcindən istifadə edən sürücü avtomobili fırladaraq yolda dəfələrlə drift edib. Digər kadrda isə yenidən təhlükəli manevrlər edən sürücü qarşıdan gələn avtomobillərə qəza riski yaradıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirib ki, rayon ərazisində hərəkətdə olarkən avtoxuliqanlıq edən “Opel” markalı avtomobilin sürücüsü Emil Əhmədzadə Qax rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb.
Nərmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












