Azərbaycanda polis maşınlarının dizaynı niyə bu haldadır? - FOTOLAR

Bizim polis avtomobillərini kim dizayn edibsə çox bərbad hala salır. Volvo-nun Vətəni İsveçdə edilən dizayna baxın, bizimkilərə baxın. Demək olar ki, keçmiş sovet dizaynından kənara çıxa bilməmişik.
Müqayisə üçün fərqli fotolara baxaq.


Dünyanın müxtəlif ölkələrində fərqli marka və modellərdən polis avtomobili kimi istifadə olunur və çox maraqlı dizaynlar ortaya çıxır. Azərbaycanda isə standart model dəyişmir.
Uzun illərdir Azərbaycanda Dövlət Yol Polisinin balansında Mercedes, BMW, Volkswagen, Hyundai, KIA kimi markalar olsa da, bu yaxınlarda Volvo da siyahıya əlavə olundu. Ancaq dizayna baxanda görürük ki, o cür mükəmməl marka sadə, daha doğrusu, keçmişdən qalma dizaynla diqqəti cəlb edən görkəm ala bilmir. Nümunə olaraq Volvo-nun Vətəni İsveçdə polis maşını kimi xidmətə verilən avtomobillərin dizaynına baxaq. Fərqi gördükcə bir anlıq bu dizayndan həm də zövq alırıq.
Dizayn diqqət çəkən, digər avtomobillərdən dərhal seçilən formada olmalıdır. Polis avtomobili digərlərindən dərhal seçilməlidir. Yaxşı olardı ki, dizayna və sayrışan işıqlara da diqqət olunsun. Hərəsi bir formada, bir rəngdə olmamalıdır.
Müxtəlif ölkələrin dizaynına diqqət edərək daha mükəmməl bir dizayn hazırlamaq mümkündür və çox arzu edərdik ki, bizim da polis maşınlarımız uzaqdan seçilsin və diqqət çəksin. Bunun yaxşı təsirləri olacaq...
Elməddin Muradlı





Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


























