DYP Bakı sakinlərinə XƏBƏRDARLIQ ETDİ

Noyabrın 23-25-də (cümə axşamı-şənbə) Bakıda əlamətdar hadisə - SPECA İdarəetmə Şurasının 18-ci sessiyası (BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı) sammiti çərçivəsində SPECA-nın dövlət və hökumət başçılarının iştirakı ilə beynəlxalq əhəmiyyətli tədbir keçiriləcək.
Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın sakinlərinə və qonaqlarına xəbərdarlıq edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, polis mayoru Araz Əsgərlinin Avtosfer.az-a verdiyi məlumata görə, tədbir Heydər Əliyev Mərkəzində və Bakı Konqres Mərkəzində, eləcə də xarici və xarici vətəndaşların əsas marşrut xətlərində keçiriləcək. Sammitin yerli qonaqları paytaxtın mərkəzi prospektləri və küçələri ilə hərəkət edəcəklər.
“Sammitin yüksək səviyyədə və təhlükəsiz şəraitində keçirilməsi üçün bütün hərəkət iştirakçılarından, xüsusən də sürücülərdən xahiş edirik ki, şəhər mərkəzinə gedərkən ictimai nəqliyyata üstünlük versinlər və tədbir günlərində imkan daxilində şəxsi avtomobillərdən istifadəni azaltsınlar.
Qonaqların tədbir yerlərunə rahat və təhlükəsiz hərəkəti və bu prosesin idarə olunması üçün Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Həsənoğlu və Təbriz küçələrindən hərəkət zamanı müvəqqəti məhdudlaşmaları nəzərə almağı xahiş edirik”, - deyə Araz Əsgərli vurğulayıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










