Avtosfer işıqlandırdı, sürücü məsuliyyətə cəlb olundu - DYP-dən AÇIQLAMA - VİDEO

Bir neçə gün əvvəl saytımızda dərc olunan qəza törədib qaçan sürücü aşkar edilərək saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat yayıb. O qeyd edib ki, Bakı-Sumqayıt yolunda “Opel” markalı, 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkar edilərək məsuliyyətə cəlb edilməsi barədə 44 günlük Vətən müharibəsi iştirakçısı Vəfadar İsmayılov tərəfindən (050) 800-09-02 “Whatsapp” nömrəsinə daxil olmuş müraciət əsasında Baş DYP İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı şöbəsində araşdırma başlanılıb.
Araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin “Ravon” markalı 99-DX-976 nömrə nişanlı avtomobil, hadisəni törədənin isə 1995-ci il təvəllüdlü Röyal Qalib oğlu Abbaszadə olduğu aşkar edilib.
Həyata keçirilən tədbirlər nəticəsində Röyal Abbaszadə müəyyən edilərək, barəsində qanunamüvafiq tədbirlər görülüb.
“Bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir, yol nəqliyyat hadisəsi zamanı qanuna uyğun hərəkət etmələrini xahiş edirik”, - deyə R.Tağıyev sürücülərə müraciət edib.
Sözügedən qəzanın görüntülərini təqdim edirik:
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












