Bakıda bu sürücülər qaydaları kobud şəkildə pozurlar - RƏSMİ

"Bakı şəhəri Dövlət Yol Polis İdarəsi tərəfindən hərəkət iştirakçılarının rahat, fasiləsiz, təhlükəsiz hərəkətinin təmin olunması, eyni zamanda baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində tərəfimizdən mütəmadi olaraq nəzarət, profilaktik tədbirlər həyata keçirilir.
Son illərdə ikitəkərli nəqliyyat vasitələrinin sayı kifayət qədərdir və bununla paralel olaraq yol nəqliyyat hadisəsinin başvermə riski də artıb".
Avtosfer.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib.
O əlavə edib ki, aparılan araşdırmalar göstərir ki, bəzi bu tip nəqliyyat vasitələrini idarə edən sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərini, eyni zamanda digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atırlar:
"Paytaxtın müxtəlif ərazilərində bu tip nəqliyyat vasitələrini idarə edən sürücülərlə bağlı profilaktiki tədbirlər aparırıq, onlarla maarifləndirici söhbətlər həyata keçiririk.
Xüsusilə də çatdırılma xidmətində işləyən sürücülər vaxtında çatmaq üçün yol qaydalarını kobud şəkildə pozurlar. Xüsusi texniki vasitə olmayan yerdə baxırlar ki, ərazidə hər hansı bir yol patrul xidmətinin əməkdaşı gözə dəymir və belə olan təqdirdə nişanlanma obyektini, işıqfor obyektinin göstərişini kobud şəkildə pozaraq yol nəqliyyat hadisəsinin iştirakçısına çevirirlər.
Digər əsas məsələlərdən biri də budur ki, həmin sürücülərin səsboğuculara etdiyi müdaxilələrdir. Həmin məsələ ilə bağlı tez-tez Dövlət Yol Polisi İdarəsinə vətəndaşlar tərəfindən müraciətlər daxil olur. Bu yaxınlarda bu istiqamətdə tədbirlər həyata keçirildi. Həmin sürücülər saxlanıldı, onlarla söhbətlər aparıldı, kobud qayda pozanlarla bağlı qanuna müvafiq tədbirlər həyata keçirildi".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












