Bakıda polisin gözü önündə özünü və sürücülərin həyatını təhlükəyə atan piyada CƏRİMƏLƏNDİ - YENİLƏNİB - VİDEO

Bakıda Dövlət Yol Polisi (DYP) əməkdaşını heçə sayaraq kobud qayda pozuntusuna yol verən piyada cərimələnib.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, piyada barəsində ərazidə xidmət edən DYP əməkdaşı tərəfindən protokol tərtib edilib:
“Sözügedən istiqamətdə yol hərəkəti qaydalarını pozan piyada qanunamüvafiq formada cərimələnib. Protokola əsasən həmin piyadaya İnzibati Xətalar Məcəlləsinin (İXM) 338-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilib. Təəssüf ki, bu gün paytaxt yollarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hamımızı ciddi şəkildə narahat edən məhz piyadalardır. Bəzi qayda pozan sürücülər ən azından cərimə ballarından, sürücülük vəsiqələrindən məhrum olmaq qorxusundan ehtiyatlı davranırlar.
Əfsuslar olsun ki, piyadalar barəsində nə qədər cərimə tətbiq edilsə də, onlar bu cür kobud və təhlükəli qayda pozuntularına yol verməkdən çəkinmirlər. Nəinki özlərinin, digər hərəkət iştirakçılarının da həyatını riskə atırlar. Bir daha bütün hərəkət iştirakçılarına yollarda qaydalara riayət etməyi, təhlükəsizliyin təmin edilməsi üçün qayda pozuntularına yol verməməyi tövsiyə edirik”.
***
Bakıda piyada Dövlət Yol Polisi (DYP) əməkdaşını heç sayaraq kobud qayda pozuntusuna yol verib.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hadisə sürət həddi 90 km/saat olan Zuğulba şosesində nəqliyyat vasitələrindən birinin videoqeydiyyatçısı tərəfindən lentə alınıb.
Sözügedən yolda nəqliyyatın intensiv hərəkətini nəzərə almayan piyada qəza şəraiti yaradıb. Belə ki, şəxs yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib.
Daha da maraqlısı - qadının bu hərəkəti həmin an yolun sağ hissəsində DYP əməkdaşının xidmət apardığını görməsinə rəğmən, etməsidir.
Həmin videonu təqdim edirik:
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












