Bakıda polis avtobus sürücüsünü ölümlə hədələyib? - Rəsmi CAVAB

Bakıda marşrut avtobusunun sürücüsü sükan arxasında olarkən təhqir olunub və ölümlə hədələnib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Sürücü Orxan Namazovun sözlərinə görə, heç bir qayda-qanun pozmadığı halda özünü polis kimi təqdim edən şəxs avtobusa minib. O, sərnişinlərin yanında sürücünü təhqir edərək, həbs və işgəncələrlə, həmçinin ölümlə hədələyib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov məsələ ilə bağlı açıqlamasında həmin şəxsin polis əməkdaşı olması ilə bağlı iddiaların tam əsassız olduğunu bildirib:
“173 saylı sərnişin avtobusunun sürücüsünün döyülməsi ilə bağlı daxil olan müraciət araşdırılır. Sürücünün ərizə və izahatı alınıb, müvafiq məhkəmə-tibbi ekspertiza təyin edilib. Əməli törətmiş şəxsin 1988-ci il təvəllüdlü Elvin Mansurov olması müəyyən edilib. Onun polis əməkdaşı olması ilə bağlı iddialar tam əsassızdır”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










