Bakıda "Range Rover"lə "Opel" toqquşdu, polis əməkdaşı xəsarət aldı - FOTO

Bakıda yol-nəqliyyat hadisəsi olub.
Hadisə Nizami rayonunda, "Maşın bazarı" adlanan ərazidə qeydə alınıb.
APA-nın məlumatına görə, "Range Rover" və "Opel" markalı avtomobillər toqquşub. Bundan sonra" Range Rover" səkiyə aşıb.
Qəzadan sonra "Range Rover"in sürücüsü hadisə yerindən qaçıb. "Opel"də olan polis əməkdaşı xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerinə gəlib.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar olub.
Belə ki, “Rang-Rover” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Nizami RPİ-də araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














