Bakıda saxlanılan sərxoş sürücü polisləri təhqir etdi, HƏBS OLUNDU

Bakıda Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən saxlanılan sərxoş sürücü polisləri təhqir edib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə fevral ayının 4-də baş verib. Belə ki, paytaxtın Binəqədi rayonu ərazisində YPX əməkdaşları tərəfindən saxlanılan sürücü Rasim Namazov (ad və soyad şərtidir) polis əməkdaşlarını təhqir edib.
YPX əməkdaşları Post Patrul Xidmətinə (PPX) məlumat veriblər. Hadisə yerinə 4-cü polis şöbəsinin əməkdaşları gedib. YPX və PPX əməkdaşlarını təhqir etməyə davam edən Rasim saxlanılaraq polis şöbəsinə aparılıb.
Saxlanılan şəxs İkinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu və polis əməkdaşlarının bunu nəzərə almadıqlarını bildirib.
R.Namazovla bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub, baxılması üçün məhkəməyə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rasim 1 ay müddətinə inzibati qaydada həbs olunub.
unikal
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












