Bakıda vəfat edən şəxsə cərimə yazılıb: BDYPİ-dən REAKSİYA - VİDEO

Bakıda vəfat edən şəxsə cərimə yazılıb. Belə ki, sözügedən hadisə paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti, Əcəmi Naxçivani 11 küçəsində qeydə alınıb.
Şikayətçi Şahin Rzayev bildirib ki, avtomobil nasaz vəziyyətdədir, dörd ildir ki, atası vəfat etdikdən sonra sürülməyib.
Lakin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən maşına texniki baxış keçirilmədən idarə olunduğuna görə 50 manat məbləğində cərimə yazılıb.
Bakıda vəfat edən şəxsə cərimə yazılması barədə iddia araşdırılıb.
Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, Dövlət Yol Polisinin istifadəsində olan xüsusi texniki vasitə ilə ilkin baxış zamanı 10-UH-636 dövlət qeydiyyat nömrə nişanlı “Opel Omega” markalı minik avtomobilinin hərəkətdə olması aşkar edilib.
“Bununla yanaşı, hazırda şikayətçi olan Şahin Rzayevdən müvafiq qaydada Baş Dövlət Yol Polis İdarəsinə müraciət etməsi xahiş olunur. Təbii ki, bundan sonra müraciətə mahiyyəti üzrə baxılaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə BDYPİ-dən bildirilib. (Oxu.az)
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










