Bakıda vəsiqəsi olmayan sürücü qəza törətdi: 10 gün həbs edildi

Bakı şəhəri, Yasamal rayon sakini Ağayev Orxan Zaur oğlu,"Chevrolet Cruze" markalı, 77-AE-917 dövlət nömrə nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyatı hadisəsi törədib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli məlumat verib. O, bildirib ki, hadisə zamanı yol polisi əməkdaşları sənədləri tələb edən zaman sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı aşkarlanıb.
Avtonəqliyyat vasitələrinin axtarış bölməsinin əməkdaşlarının iştirakı ilə Yasamal rayon məhkəməsi sürücü Ağayev Orxan Zaur oğlunu İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilərək barəsində 10 gün müddətində inzibati həbs qərarı verib.
Rüstəm Əhmədli bir daha sürücüləri qaydalara və qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












