Bayram günlərində rayona gedənlərin diqqətinə! - FOTO - VİDEO

Bu il xalqımızın milli ruhunu və yaddaşını zənginləşdirən, birlik duyğusunu gücləndirən iki əlamətdar hadisəni - Novruz və müqəddəs Ramazan bayramını eyni tarixlərdə qeyd edirik. Buna görə də tətil günlərində paytaxtdan bölgələrə səfər edənlərin sayında hər zamankından daha çox artım ola, nəqliyyat sıxlığı yarana bilər. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları bütün zəruri tədbirləri həyata keçirir. Lakin yenə də əsas məsuliyyət vətəndaşların üzərinə düşür.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, qəzaların baş vermə ehtimalını azaltmaq üçün hamılıqla qaydalara əməl etmək əsas şərtdir.
-İlk növbədə avtomobilin texniki sazlığını yoxlayın;
-Mümkün qədər günün erkən saatlarında yola çıxın;
-Sürət həddini aşmayın, yol və hava şəraitinə görə seçin;
-ötmə və manevr qaydalarına uyğun davranın;
-sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin;
-Avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olun.
Bu sadə qaydaları pozmaq, bir anlıq ehtiyatsızlıq arzuolunmaz hadisələrə gətirib çıxara bilər. Ona görə də yollarda daha diqqətli və məsuliyyətli davranaq, xüsusi günləri böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edək.
Bayramlarınız mübarək!
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO














