Belə maşın sürənlərin diqqətinə: DYP tədbirlərə başladı - VİDEO

Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı yanacaq sistemi nasaz olan nəqliyyat vasitələri aşkarlanıb. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə mərkəzində görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsindən atmosferə zərərli qazlar ixrac edən nəqliyyat vasitələri aşkarlanıb, cavabdeh şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi sözügedən tədbirlə əlaqədar nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.
Xatırladırıq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












