Beyləqanda polisə tabe olmayan sürücü həbs olunub

Noyabrın 2-də saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Beyləqan şəhəri ərazisində üzərində dövlət qeydiyyat nişanları olmayan “Mercedes” markalı avtomobilə saxla işarəsi verilib, lakin sürücü polisin qanuni tələbinə tabe olmayaraq hadisə yerindən yayınıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, görülmüş tədbirlərlə avtomobil saxlanılıb, sürücünün Beyləqan şəhər sakini İlham Fətiyev olması məlum olub.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan dövlət qeydiyyat nişanı və qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
İ.Fətiyev barəsində inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə onun barəsində 8 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










