Bu il qəzalarda 5 velosipedçi ölüb - DYP-dən qayda pozanlara MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib. İdarədən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçilərin yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu da unutmamalıyıq. Təkcə cari ilin 8 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 15 yol-nəqliyyat hadisəsində 5 nəfərin həyatını itirməsi, 10 nəfərin yaralanması deyilənləri bir daha təsdiq edir.
Xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrinin sakinləri arasında velosipeddən istifadəyə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydaların pozulması, o cümlədən sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün zəruri tədbirlər görmədən, habelə nasaz və lazımınca təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yoluna çıxması ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə real zəmin yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!"
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












