Cərimələr artandan sonra qayda pozuntularının sayı azalıb? - YOL POLİSİNDƏN CAVAB

Son illərdə yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilən cərimələr artırılıb.
Avtosfer.az xəbər verir ki, məqsəd həm təhlükəsizliyi təmin etmək, həm də sürücüləri qaydalara riayət etməyə təşviq etməkdir.
Lakin bu tədbirlər nə qədər effektiv olub? Cərimələrin artması fonunda qayda pozuntularının sayında azalma müşahidə edilirmi, yoxsa bu dəyişikliklər yalnız maliyyə sanksiyası kimi qəbul edilir?
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Toğrul Nəsirli Baku.ws-ə bildirib ki, əsas məqsəd inzibati məsuliyyətə cəlb etmək deyil, hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etməkdir:
"Təbii ki, bəzi cərimə məbləğlərinin artması öz növbəsində qayda pozuntularının azalmasına müsbət təsir göstərdi. Lakin yenə də yol hərəkəti qaydalarını pozaraq qəzaların baş verməsinə, eləcə də hərəkətin intensiv olduğu ərazilərdə sıxlıqların yaranmasına səbəb olan sürücülər var. Xüsusilə də səkilərdə yolun hərəkət hissəsinin ikinci zolağında ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqlarda dayanma və durma qaydalarının pozulması kimi hallarda sıxlığın yaranmasına gətirib çıxarır. Hər bir halda sürücü yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməli və nəzərə almalıdır ki, qayda pozuntusu arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər".
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...












