Dayanma-durma ilə bağlı sürücüləri necə cərimə edəcəklər? - DYP-dən AÇIQLAMA

Ötən gün İnzibati Xətalar Məcəlləsində dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti ləğv edilib. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti saxlanılıb.
Dəyişiklik bu gündən artıq qüvvəyə minir, lakin sürücülərin çaşqınlığına səbəb olan bəzi məqamlar var.
Bu gündən cərimələri yalnız DYP əməkdaşları yerində tərtib edə bilər yoxsa elektron protokollar avtomatik rejimdə də tərtib ediləcək? Qanuna edilən dəyişiklik cərimə məbləğinə təsir edəcək yoxsa yox?
Qüvvəyə minən dəyişikliyə əsasən, o da qeyd edilib ki, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar və ya aypatrul vasitəsilə (elektron qərarla) də cərimə yazmaq mümkün olacaq. Lakin cəriməni yazmaq səlahiyyəti yalnız DYP əməkdaşlarına aid ediləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, İXM 346.1 və 346.2-ci maddələri üzrə tədbir görmə ixtiyarı yalnız Daxili İşlər Nazirliyinə həvalə olunub: “Əlavə olaraq maraqlı məqam odur ki, yeni fərmana görə, avtomatik rejimdə təhlükəsiz şəhər kameralarından, eləcə də “İPatrul” sistemindən də istifadə etməklə dayanma-durma tələblərini pozan (İXM 346.1 və 346.2 -ci maddələri) şəxslər barəsində tədbir görüləcək. Bu o demək deyil ki, digər formada polis əməkdaşları qaydaları pozan sürücülər barəsində tədbir görə bilməz. Yenə də DYP əməkdaşları qayda pozuntularını bu günə qədər təyin etdikləri formada edə bilərlər. Sadəcə avtomatik rejimdə əlavə yenilik kimi tətbiq ediləcək”.
Araz Əsgərli cərimə məbləğləri ilə bağlı sürücülərdə çaşqınlıq yaradan məqama da aydınlıq gətirib: “Cərimələrin məbləğində heç bir dəyişiklik olmayıb. İXM-nin 346.1-ci maddəsi üzrə cərimə 20 AZN, 346.2 maddəsi üzrə cərimə məbləği 40 AZN idi, elə də qalıb”.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












