DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev

"Gender bərabərliyi prinsipləri daxili işlər orqanlarında da sistemli şəkildə tətbiq edilir. Xidmətə qəbulda, vəzifədə irəli çəkilmədə, peşə hazırlığı prosesində cinsindən asılı olmayaraq bərabər yanaşma təmin olunur". Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən ictimai dinləmədə çıxışı zamanı daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev deyib. Nazir müavini bildirib ki, gender bərabərliyi sahəsində fəaliyyətin həyata keçirilməsi üçün 2001-ci ildən Nazirliyin Şəxsi Heyətlə İş İdarəsi rəisinin qadın (qız) məsələləri üzrə köməkçisi vəzifəsi təsis edilib.
General qeyd edib ki, qadınların daxili işlər orqanlarında təmsilçiliyində son illər müşahidə olunan artım, yəni, qadın əməkdaşların xüsusi çəkisinin yüksəlməsi instutisional mühitin inklüzivliyini göstərir:
"Hazırda nazirlikdə 64-ü rəhbər vəzifələrdə olmaqla 4134 qadın əməkdaş xidmət edir ki, bu da şəxsi heyətin ümumi sayının təxminən 12 faizidir. Bütün bunlarla yanaşı digər dövlət qurumları ilə koordinasiyalı fəaliyyət nəticəsində ötən il ailə münaqişəsi zəmnində qadınlara qarşı törədilən cinayətlərin sayında azalma müşahidə olunub. Belə ki, qeydə alınmış ümumi cinayətlərin yalnız 8,2 faizi qadınlara qarşı zorakılıq faktlarını təşkil edilib. Məişət zorakılığı ilə bağlı qeydə alınmış 1396 cinayət işi üzrə 1413 zərərçəkmiş şəxs müəyyən edilib. Məişət zorakılığı zəminində törədilən cinayətlərdən 1202-si qəsdən sağlamlığa yüngül zərər vurma, 64-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 53-ü qəsdən adam öldürmə, 30-u qəsdən sağlamlığa ağır zərər vurma, 20-si adam öldürməyə cəhd, 6-sı əzab vermə, hərəsi bir fakt olmaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və qanunsuz azadlıqdan məhrumetmə, 19-u isə digər növlərdən olub. Bu gün Azərbaycanda hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir. Bu da Avropa dövlətlərindən - İsveçdə 200, Finlandiyada 150, Fransada 110, Niderlandda 100, Almaniyada 90, İspaniyada isə 60 faktdır.
2025-ci ildə həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə 90 erkən evliliyə cəhd faktı müəyyən edilmiş, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş, 5 valideyn və 41 aidiyyəti şəxs barəsində inzibati tənbeh tədbiri görülmüş, daha 57 şəxslə profilaktik iş aparılıb. Həmçinin, 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin “adam oğurluğu” maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs barəsində müvafiq məsuliyyət tədbirləri görülüb. Bərabərlik hüququnu pozma ilə bağlı heç bir cinayət baş verməyib. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi ilə bağlı 2, məişət zəminində psixi zorakılıqla bağlı isə 4 inzibati xəta qeydə alınıb".
Qubada polis profilaktik tədbir keçirib - FOTO
Lizinq şirkətinə məxsus avtomobillə yolu kəsən sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərə cərimələrlə bağlı SAXTA BİLDİRİŞ GƏLİR - Kartdan pul oğurlanır - DİQQƏT - FOTO
Vilayət Eyvazov bu tarixdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək - FOTO
Bakıda "BYD"nin piyada keçidində ölümlə nəticələnən qəzasının ANBAAN GÖRÜNTÜSÜ
Mopedi olanların nəzərinə! - Yeni tələblər qüvvəyə minir
Polis Bakıda halı pisləşən vətəndaşa yardım etdi - VİDEO
Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salındı
Prospektdə maşın xarab oldu; yol polisi sürücüyə belə kömək elədi - VİDEO
"Hava şəraiti dəyişəcək" - DYP-dən HAVA XƏBƏRDARLIĞI - VİDEO
Bakıda təəccüb yaradan biznes: Avtomobillərin texniki baxış avadanlıqları İCARƏYƏ VERİLİR - VİDEO









