“Diqqət uşaqlar!” adı altında təhlükəsizlik aylığının yekun tədbiri keçirilib - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin birgə təşkil etdiyi uşaq və yeniyetmələrin iştirakı ilə yol- nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə ölkə ərazisində fəaliyyət proqramına uyğun olaraq 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin əsas binasında, “Diqqət uşaqlar!” adı altında təhlükəsizlik aylığının yekun tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə aylıq çərçivəsində 16 məktəb və 2000-ə ayxın şagirdi əhatə edən maarifləndirici işlər haqqında hazırlanmış videoçarx və Elm və Təhsil Nazirliyinin “Təhsil” televiziyası ilə birgə fəaliyyətimiz sayəsində ərsəyə gəlmiş video-süjet nümayiş olunub. Mərkəzin “Yol hərəkəti qaydaları” dərnəyinin üzvləri yol qəzalarının qarşısının alınması məqsədilə müraciət xarakterli plakatlarla, “Azərbaycan polisi”, “Yol nişanları” mahnıları ilə çıxış edib və mərkəzin “Təsviri sənət “dərnəyi üzvlərinin yol nişanları mövzusunda çəkdikləri rəsmlər nümayiş olunub.
Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin polis polkovnik leytenantı Kəmalə Ələkbərova, Bakı Şəhər Yol Polis İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təşkili və İctimai Qurumlarla Əlaqələr Bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli, Bakı Şəhər Yol Polis İdarəsinin inspektoru, polis kapitanı Pərvanə Muradova, Bakı Şəhər Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli, Bakı Şəhər Yol Polisi İdarəsinin inspektoru, polis serjantı Elnur Mahmudov, Azərbaycan Milli Avtomobil Klubunun əməkdaşı Həsən Xıdırov, Mərkəzin direktoru Kəmalə Abdullayeva, əməkdaşları, dərnək üzvləri və valideynlər iştirak edib.
Tədbirin sonunda uşaqlara Təşəkkürnamə təqdim olunub.
Səfər Əlizadə
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












