“Diqqət, uşaqlar!” aylığı ilə əlaqədar tədbir keçirilib - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyət proqramına uyğun olaraq “Diqqət, uşaqlar!” aylığı çərçivəsində Nəsimi rayonunda yerləşən 211 nomrəli tam orta məktəbdə uşaqlara təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə maarifləndirmə xarakterli görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis kapitanı Pərvanə Muradova, Azərbaycan Milli Avtomobil Klubunun əməkdaşı Həsən Xıdirov, və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji heyəti iştirak edib.
Çıxış edən məruzəçilər yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin daha da gücləndirilıməsinin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Bakı Şəhər DYP İdarəsi tərəfindən hazırlanan “Valideynlərə və uşaqlara xəbərdarlıq” və “Yol hərəkəti qaydalarına riayət et!” adlı maarifləndirici şüarlar əks olunan plakatlar məktəbin qarşısına vurulub.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
















