“Diqqət uşaqlar”: Dünyada hər 3 dəqiqədən bir yol qəzalarında 1 azyaşlı ölür - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Uşaqlar və Yol Təhlükəsizliyi üzrə 2023-2024-cü tədris ili üçün uyğunlaşdırılmış birgə Fəaliyyət Planı və “Diqqət uşaqlar” adı ilə keçirilən hərəkətin təhlükəsizliyi aylığı proqramına uyğun olaraq küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğunu nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsi, onlara yol hərəkəti qaydalarının öyrədilməsi məqsədilə aparılacaq işlərə start verilib.

İdarədən Avtosfer.az-a bildiriblər ki, respublika ərazisində bu il sentyabrın 10-dan oktyabrın 10-dək “Diqqət uşaqlar!” adı altında keçirilən hərəkətin təhlükəsizliyi aylığında nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək məqsədlə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşlarından ibarət “Diqqət uşaqlar!” qrupu yaradılıb. Mərkəzin metodistləri və digər əməkdaşlar mütəmadi olaraq görülən işlər barədə qrupa məlumat veriblər. Həmin məlumatlara əsasən 5, 54, 95, 211, 244, 261, 266 nömrəli tam orta məktəblərin yerləşdikləri ərazilərə baxış keçirilib.
Məktəblilərin yolu təhlükəsiz keçməsi üçün uşaq müəssisələrinin yaxınlığında məlumatverici-göstərici “Piyada keçidi”, “Uşaqlar” xəbərdarlıq nişanın bu ərazilərdə qoyulmasının vacibliyi müzakirə olunub.

1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Uşaq Avtoşəhərciyində 211 nömrəli məktəbdə fəaliyyət göstərən Yol hərəkəti qaydaları dərnəyinin üzvlərinin iştirakı ilə Təhsil TV “Bu yol nişanına diqqət edək!” mövzusunda maarifləndirici rolik çəkilib, dünyada hər 3 dəqiqədən bir yol qəzalarında 1 uşağın həlak olması, gün ərzində isə minlərlə uşağın ömürlük əlil olması diqqətə çatdırılıb.

“Diqqət uşaqlar!” aylığı çərçivəsində Bakı Şəhər DYP əməkdaşları ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi əməkdaşları “Yol hərəkəti iştirakçılarının əsas vəzifələri” və sair bukletlər dərnək rəhbərləri tərəfindən ümumtəhsil məktəblərinə çatdırılıb, müvafiq lövhələrə vurulması təmin edilmiş və valideynlərə paylanıb.

"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO










