DİN qırmızıda keçib qəza törədənlərin görüntülərini yaydı - VİDEO
Həm qayda pozuntusuna yol verirlər, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar. Paytaxt yollarında bəzi sürücülər sanki svetoforun qırmızı işığının tələbinə məhəl qoymurlar. Avtosfer.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı bu qəzalar sürücülərin svetoforun qırmızı işığında keçməsi səbəbindən baş verib.
Bəzən ölüm və xəsarətlə nəticələnən bu cür yol-nəqliyyat hadisələri onların ani diqqətsizlik və səbrsizlik göstərməsi nəticəsində olur. Svetoforun yaşıl işığının bitməsinə 1 saniyə qalmış sürəti daha da artırıb yollarına davam etmək istəyən belə sürücülər özlərinin və digərlərinin həyatını təhlükə altında qoyurlar. Ümid edirik ki, müşahidə kameralarına düşən bu videolardan sürücülər nəticə çıxarar və svetoforun qadağanedici işarəsindən keçməyin nə qədər təhlükəli olduğunu görmüş olarlar.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə sürücülər barəsində 100 manat və 3 cərimə balı tətbiq edilir.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












