Dostunun maşınıyla “avtoşluq” edən 16 yaşlı yeniyetmə saxlanıldı - RƏSMİ - VİDEO

Avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib kobud qayda pozuntuları törədən 16 yaşlı yeniyetmə saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, müxtəlif vaxtlarda qeydə alınmış görüntülər Mingəçevir rayonu ərazisində baş verib. Belə ki, 90-RN-083 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillə təhlükəli manevrlər edən şəxs videolarını mütəmadi olaraq sosial şəbəkə hesabında paylaşıb. Eyni zamanda o, sürücülük vəsiqəsi olmadan dostunun maşınını sürdüyünü rəy bölməsində bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərlə bağlı Mingəçevir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və qeyd edilən qayda pozuntusuna yol verən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Nərmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












