Məktəb ərazisində maşın saxlayan valideynləri bəzi hallarda nəzərə almaq olar - EKSPERT

“Əgər hərəkətə mane olmursa, birinci cərgədə dayanırsa, az müddət gözləyirsə, yol polisi uşaqlarını məktəbdən götürən valideynləri nəzərə almalı və onlara cərimə yazmamalıdır”.
Bunu dayanma-durma qaydalarını pozduğunu və sıxlıq yaratdığını əsas gətirərək uşaqlarını məktəbdən götürən valideynlərə yerində cərimə yazılmasına münasibt bildirən nəqliyyat üzrə ekspert Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.
“Qaydalar pozulduğu halda cərimələr tətbiq edilməlidir”, – deyən ekspert hesab edir ki, övladını məktəbə aparıb-gətirən valideynlərlə bağlı istisnalar olmalıdır.
“Dayanma-durma, parklanma ilə bağlı qaydalar güzəşt tanımır. Qaydalar pozulduğu halda cərimələr tətbiq edilməlidir. Amma məktəblər, xəstəxanalarla bağlı vəziyyət fərqlidir. Hesab edirəm ki, burada valideynlər hər hansı formada nəzərə alınmalıdır. Biz nə qədər desək ki, valideynlər uşaqlarını məktəbə ictimai nəqliyyatla göndərsinlər, bu, real olaraq mümkün deyil. Çünki ictimai nəqliyyat özü bərbad vəziyyətdədir. Valideynlər də daha yaxşı məktəb seçmək arzusundadırlar. Valideyn var ki, yaşadığı ərazidəki məktəblərdən narazıdır, narkomaniya və digər pis vərdişlərdən qorumaq üçün uşağını daha yaxşı məktəbə qoyur. Nəticədə də elə problemlər ortaya çıxır. Çünki yaxşı məktəblərin də ətrafında həmişə tıxac müşahidə olunur. Amma Elm və Təhsil Nazirliyi bir neçə il əvvəl qərar qəbul etdi ki, valideynlər uşaqlarını məktəbə qoyarkən həmin ərazi üzrə yaşayış yerindən arayış təqdim olunmalıdır. Həmin ərazidə yaşayırsa və işləyirsə, o zaman uşağı məktəbə qəbul edirlər. Düşünürəm ki, bu daha çox aşağı siniflərə problem yaradır. Yəni ibtidai sinif şagirdlərini validynlər nəzarətsiz buraxmaq istəmədiklərindən uşaqları özləri maşınla aparıb-gətirmək məcburiyyətindədirlər. Belə olan halda, dərs saatlarının qrafikinin dəyişdirilməsi, valideynləri nəzərə almaq vəziyyətdən qismən çıxış yolu yarada bilər. Çünki biz istəsək də, o məktəbləri şəhərdən köçürə bilmərik, yaxud da başqa formada tikə bilmərik ki, məktəblərin yaxınlığında parklama yeri olsun. Bu çox çətin məsələdir”.
Ekspert aiddiyyəti qurumlara səslənərək təklifini irəli sürüb:
“Düşünürəm ki, Dövlət Yol Polisi Elm və Təhsil Nazirliyi ilə bunu hansısa formada tənzimləyə bilər. Daha doğrusu, düşünürəm ki, bu məsələdə məktəblərə fərdi qaydada yanaşmaq olar. Hansı məktəbin önündə daha çox tıxac yaranırsa, həmin məktəblərdə dərs saatının qrafikini dəyişmək mümkündür. Dünyanın heç bir ölkəsində elə bir qayda yoxdur ki, dərslər mütləq səhr saat 8-də başlamalı, hamı üçün də saat 1-də bitməlidir. Nazirlər Kabneti tıxacın qarşısının alınması məqsədilə dərs saatının fərqli vaxtlara salınması ilə bağlı addım ata bilər ki, belə problemlər yaşanmasın. Yoxsa ucdantutma valideynləri cərimələmək vəziyyətdən çıxış yolu deyil. Nəzərə alaq ki, bir azdan yol polisi kameralar vasitəsi ilə də cərimələr yazmağa başlayacaq, artıq qanunla bu səlahiyyət onlara verilib. Onda vəziyyət daha da pis olacaq. Valideyn maşını saxlayan kimi dərhal cərimələnəcək. Amma düşünürəm ki, əgər hərəkətə mane olmursa, birinci cərgədə dayanırsa, az müddətə gözləyirsə, yol polisi uşaqlarını məktəbdən götürən valideynləri nəzərə almalı və onlara cərimə yazmamalıdır”.
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO










