Dünyanın 10 ən “bərkgedən” polis maşını - FOTO

Yol polisi 7 May 2021 11:35 Oxunub 1806
Dünyanın 10 ən “bərkgedən” polis maşını  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

1. Birləşmiş Ərəb Əmirliklərində polis avtomobilləri üçün çox qeyri-adi park salınıb. İnventarını tez-tez yeniləyən Dubay polisi Bugatti Veyron, Porşe 918 Spayder və Lamborcini Avendator kimi arzulanan maşınlara sahibdir. Bu bahalı polis maşınları xüsusilə turistik bölgələrdə fəaliyyət göstərir. BƏƏ-nin polis maşınları dünyada indiyədək mövcud olan ən keyfiyyətli polis maşınlarındandır.

2. Ford avtomobillərinin ikinci nəsil polis maşınına çevrilmiş forması Detroyt avtosalonlarında nümayiş edilən kimi ona maraq artdı. Avtomobil hibrid formada, benzin-elektriklə işləyir, standart təchizata malikdir. GPS, komputer və videoregistatorlarla təchiz edilib.

3. Ən qəribə polis maşınlarından biri isə holland polislərin istifadə etdiyi ikiqapılı "Spyker C8 Spyder" kabrioletidir. 4,2 litrlik mühərrikə malik maşının maksimal sürəti 300 kilometr təşkil edir, mexanikadır. Maşın qayçılı qapılarla təchiz edilib.

4. Yaponiyanın şərqində Totiqi prefekturasında polislərin patrul avtomobilləri Nissan GT-R və Leksus LC 500 moldelləridir. Mobil nəqliyyat bölmələri üzrə xidmət etmək üçün ayrılmış LC 500 ağ-qara rəng sxemləri və qırmızı qəza işıqları ilə təchiz edilib.

5. Almanların təşəbbüsü ilə təhlükəsiz tyuninq edilmiş "Brabus CLS Rocket" polis maşınları gücləndirilmiş mühərriklə Mercedes Benzin CLS sinfinin modifikasiya olunmuş formasıdır. Göy və gümüşü rənglərin qarışığında boyanmış maşın rəsmi istifadə üçün verilməsə də ən gözəl dizayn edilmiş polis maşınlarından biridir.

6. İsveç polisi yüksək sürətlə təhlükəli sürücülük testində yüksək bal topladıqdan sonra Volvo V90 modelini idarə etmək hüququ qazanır. İmtahan qiymətləndirmə, yüksək sürətdə təcili sürücülük, maneəli yollar, əyləc sınağı və yayınma sınağından ibarətdir . Volvo V90 rahatlıq, erqonomika və keyfiyyət cəhətdən üstündür. V90 polis avtomobilləri 2017-ci ilin əvvəlindən buraxılıb, İsveç polisi ondan ilk istifadə edənlərdən biri oldu.

7. Livanda yaradılmış "W Motors" şirkəti "Lykan HyperSport" məhdud modelini buraxmaqla öz müasir qonşusu BƏƏ-dən heç də geri qalmadığını nümayiş etdirdi. 2013-2017-ci illərdə çıxan bu avtomobil yüksək standartlara cavab verir. Avtomobili Livan və İtaliya mühəndisləri birgə ərsəyə gətiriblər. 2.8 saniyədə saatda 100 kilometrə qədər sürət götürə bilir.

8. 2019-cu ildə Avstraliyanın Viktoriya ştatının polisi "BMW M5" avtomobilini 12 aylıq sınaq üçün götürüb. 4,4 litrlik V-8 mühərrik səkkiz pilləli avtomatik transmissiya ilə birləşərək dörd təkərə enerji ötürür. Avtomobilin sürəti yolda istənilən qayda pozuntusuna yol verən sürücünü saxlamağa imkan verir. "BMW M5" Avstraliya polisinin indiyədək malik olduğu ən sürətli maşındır.

9. Ağ və tünd yaşıl boyanmış "Aston Martin One-77", Dubay polis parkında dayanan saysız lüks avtomobillərdən biridir. 2013-cü ilin ortalarında 1.8 milyon dollar xərclə Dubay polisi bu super avtomobilləri alıb. 7,3 litrlik V-12 mühərrikinə malik avtomobilin aliminium hissələrinin çoxu əl işidir.

10. Avstriyanın Polis Departamenti 2017-ci ildən Porşe brendi ilə əməkdaşlıq edir. Polisləri Porşe 911 avtomobili ilə təmin edən şirkətin direktoru Helmut Eqqert bildirib ki, polislə bu şirkətin əməkdaşlıq ənənələri uzun illərdir ki, davam edir. 1960-70-ci illərdə bir polis və ya jandarmın yanıb-sönən mavi işığı olan Porşesini görmək qeyri-adi bir şey deyildi.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh