DYP "20 Yanvar"da tədbir keçirdi: sərnişinlər yola çıxıb, sürücülər yer tapmır - VİDEO

Paytaxtın 20 Yanvar metrostansiyası ətrafında avtobus zolaqları təşkil edildikdən sonra hərəkətin intensivliyində artım müşahidə olunur. Bakı-Sumqayıt üzrə qanunsuz sərnişindaşımaların qarşısı alınıb. Lakin piyada və sərnişinlərin həyatı üçün hələ də təhlükə qalmaqdadır. Problem budur ki, avtobus zolağına cərimə olunmamaq üçün girmək istəməyən sürücülər yolun hərəkət hissəsində, 2-ci zolaqda maşını saxlayayaraq sərnişin düşürüb-mindirir. Həmçinin piyadalar da avtobus zolağına daxil olaraq avtomobil gözləyirlər.
Eyni zamanda yeraltı keçid olduğu halda yolu təyin olunmamış yerdən keçən piyadalar ayrıca bir problemdir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Avtosfer.az-ın çəkiliş qrupu ilə birlikdə sözügedən ərazidə maarifləndirici tədbirlər həyata keçirib. İdarənin əməkdaşı, polis mayoru Fuad Sultanov sürücü və piyadalarla proflaktiki söhbətlər aparıb. Onlara qanunvericiliyin tələbləri izah edilib. Eyni zamanda yolun hərəkət hissəsində avtomobil saxlayan sürücülərə bunun inzibati məsuliyyət yaratdığı bildirilib. Qeyd olunub ki, inzibati məsuliyyət ilə yanaşı bu xəta həm də təhlükə yaradır. Çünki ictimai nəqliyatın hərəkət etdiyi zolağa çıxan piyadalar hər an ölümlə üz-üzə qala bilər.
20 Yanvar metrostansiyasının qarşısında yolu təyin olunmamış yerdən keçən piyadalarla da söhbətlər aparılıb. Bildirilib ki, bu əməl onların həyat və sağlamlığı üçün təhlükə, eyni zamanda inzibati məsuliyyət yaradır.
Maarifləndirici tədbirdən hazırlanmış videoreportajı təqdim edirik:
Orxan Əli
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












