DYP-dən çağırış - Qəzaların baş verməməsi üçün bunlara əməl edin - VİDEO

Kiçik qəzalar zamanı etinasızlıq daha ağır qəzalara yol aça bilər.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda daha ağır faciələrə səbəb olur.
Yol-nəqliyyat hadisəsində, eləcə də avtomobil sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücülərin yerinə yetirməli olduqları vəzifələr qanunvericilikdə göstərilib. Lakin təəssüf ki, bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar.
Xatırladaq ki, sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün təhlükəsizlik tədbirləri görməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, yaxud yanıb-sönən qırmızı işıq fənərini qoymalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsini boşaltmalıdır.
Eləcə də, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinin kənarına paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra texniki yardım istəməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını diqqətə çatdırır və bir daha sürücülərə müraciət edərək onlardan qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












