DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT - FOTO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Avtosfer.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabrın 5-i gündüzədək davam edəcəyi gözlənilir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.
"Yağışlı havada yol örtüyünün yaş olması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Bununla yanaşı, nəqliyyat vasitələrinin sazlığına, o cümlədən şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.
Piyadalar da ehtiyatlı olmalı, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamalı, yolları onların rahat hərəkəti üçün ayrılmış piyada keçidlərindən keçməlidirlər", müraciətdə deyilir.
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ











