DYP-dən sürücülərə XƏBƏRDARLIQ: "Şəhər mühitində səs-küy yaratmaq yolverilməzdir"

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək şəhər mühitində ictimai asayişin və insanların dinc yaşayışının qorunmasının vacibliyini diqqətə çatdırıb.
İdarədən Avtosfer.az-a bildirilib ki, nəqliyyat vasitələrində yüksək səslə musiqi dinləmək, əsassız səs siqnalından istifadə etmək, habelə yaşayış zonalarında, məktəb və xəstəxana ətraflarında avtomobilləri yüksək sürətlə idarə etməklə səs-küy yaratmaq yolverilməzdir. Qeyd olunub ki, bu cür davranışlar yol hərəkəti intizamına mənfi təsir göstərir, sürücülərlə piyadalar arasında çaşqınlıq və gərginlik yaradır, ictimai asayişi pozur və qəza riskini dəfələrlə artırır.
Məlumata görə, qanunvericiliyin tələbinə əsasən, səs siqnalından istifadə yalnız xüsusi zərurət yarandıqda – yol-nəqliyyat hadisəsinin qarşısını almaq və ya insan həyatına birbaşa təhlükə mövcud olduğu hallarda icazəlidir.
“Qaydalara əməl olunması, intizamlı davranış və qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi yol hərəkəti təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Sürücülərin məsuliyyətsiz hərəkətləri ictimai mühitdə narahatlıq yaratmaqla yanaşı, qəza ehtimalını artıraraq insanların həyat və sağlamlığını riskə atır”, – BDYPİ-dən bildirilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin idarə olunması zamanı səs-küyə səbəb olan hərəkətlərdən çəkinmək, qanunvericiliyin tələblərinə əməl etmək və yol hərəkəti qaydalarına hörmətlə yanaşmaq hər kəsin borcudur.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












