DYP-dən yol hərəkəti təhlükəsizliyinə dair modul təlim proqramı

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş DYP İdarəsi və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirdiyi layihə çərçivəsində növbəti görüş təşkil edilib.
Avtosfer.az xəbər verir ki, yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair modul təlim proqramının könüllülərə aşılanması məqsədi daşıyan görüşdə faydalı müzakirələr aparılıb.
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri federasiyası, Türk Kızılayı, eləcə də Baş DYP İdarəsinin dəstəyi ilə beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan modulda şagirdlər arasında yol hərəkəti qaydalarının tədrisi, bu sahədə könüllülərdən istifadənin əsasları nəzərdə tutulur.
Görüşdə iştirak edən Baş DYP İdarəsinin təmsilçisi Mübariz Ağayev könüllülərə təmsil etdikləri bölgələrin təhsil ocaqlarında yol hərəkəti təhlükəsizliyinin təbliğinə töhfə verəcək sözügedən humanitar layihənin əhəmiyyətindən danışıb, rəy və tövsiyələrini bildirib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO














