DYP əməkdaşı sürücüyə təzyiq göstərib? - AÇIQLAMA - VİDEO

Ötən gün sosial şəbəkələrdə DYP əməkdaşı ilə sürücü arasında yaşanan mübahisənin videogörüntüsü yayılıb.
Belə ki, görüntülərdə DYP əməkdaşının sürücünü qucaqlayaraq yol kənarına çəkməyə çalışdığı görünür. Tərəflər arasındakı mübahisənin səbəbi, DYP əməkdaşının nəqliyyat vasitəsini hansı səbəbdən saxladığı barədə isə heç bir məlumat qeyd edilməyib. İddialara görə, polis sürücüyə təzyiq etməyə çalışır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən “Chevrolet Cruze” markalı 90-OJ-497 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobilinə əlavə avadanlıq quraşdırdığı üçün dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanılıb:
“Bu zaman nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılacağı barədə məlumat verilib. Bu səbəbdən sürücü polis əməkdaşınlarına tabesizlik göstərib və özünə xəsarət yetirməyə cəhd edib.
Bu zaman cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.5-ci maddəsi ilə protokol tərtib olunub. Sürücü tərtib edilən protokol üzrə müvafiq cəriməni də ödəyib”.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












