DYP məktəblilərlə maarifləndirici görüş keçirib - VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məktəblilər arasında yol hərəkəti qaydalarının təbliği məqsədilə həyata keçirdikləri birgə tədbirlər davam edir.
Şagirdlərlə növbəti görüş bu dəfə Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 nömrəli tam orta məktəbdə təşkil olunub. Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirak etdiyi görüşdə təhsilalanlara “Qırmızı, Sarı, Yaşıl” devizi altında icra olunan layihə barədə məlumat verilib.
Tədbirdə çıxış edən Baş DYP İdarəsinin əməkdaşı Mübariz Ağayev hazırda respublikamızda həyata keçirilən “Diqqət, uşaqlar!” aylığı çərçivəsində bu qəbildən olan görüşlərin təşkilinin əhəmiyyətindən danışıb, uşaq və yeniyetmələrin yol hərəkəti qaydalarını erkən yaşlardan mənimsəməsinin vacibliyi qeyd edib, bu sahədə təhsilverənlərlə yanaşı valideynlərin də aktiv olmalarını tövsiyə edib.
Tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb, məktəblilərə hədiyyələr təqdim edilib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












