DYP-nin xidməti maşını sürət həddini aşdığı üçün radara düşdü; cərimə başqasına getdi - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin (DYP) xidməti avtomobili cərimələnib. DYP-nin 99-YP-419 dövlət nömrə nişanlı avtomobilinə sürət həddinin aşılmasına görə qeyd edilən elektron cərimə protokolu yanlışlıqla 99-MP-419 dövlət nömrə nişanlı avtomobilin sahibinə göndərilib. Şəxsi kabinetində protokolu görən sürücü nəqliyyat vasitəsi ilə dövlət nömrə nişanının fərqli olduğunu görüb və səhv olduğunu anlayıb.
Texniki avadanlıqlar da səhv edə bilir?
Məsələni şərh edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bu texniki səhvdir:
“Bəzən elektron formada inzibati xəta aşkar edən xüsusi avadanlıqlarda texniki xəta baş verə bilir. Belə müraciətlər dərhal tərəfimizdən araşdırılır və müvafiq düzəlişlər aparılır. Belə hallarla qarşılaşan sürücülər dyp.gov.az saytına yazılı müraciət edərək, xətanın düzəldilməsi barədə məlumat verə bilərlər”. (oxu.az)
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












