DYP Qaradağda "Təmiz hava" aylığı tədbiri keçirib - VİDEO

Yol polisi "Təmiz hava" aylığı ilə bağlı növbəti aksiyanı Qaradağ rayonunda keçirib. Avtosfer.az xəbər verir ki, Qaradağ rayon DYP Şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı avtomobillərdən atmosferə atılan qazların miqdarı yoxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da qatıldığı tədbirdə havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı maarifləndirici tövsiyələr verilib. Avtomobilləri saz vəziyyətdə olan sürücülərə isə təşəkkür edilib.
Aksiya zamanı əksər sürücülərin avtomobilləri normalara cavab verib. Sürücülərlə söhbət zamanı tövsiyə ediblər ki, avtomobillərin saz vəziyyətdə saxlanması əvvəlcə özləri, ailə üzvləri və cəmiyyət üçün xeyirlidir.
Zərərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücülərinə inzibati qaydada protokol tərtib olunub. Bəzi sürücülərə xəbərdarlıq olunub.
Qeyd edək ki, “Təmiz hava aylığı” ilə bağlı tədbirlər ayın sonunadək davam etdiriləcək.
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...
DYP-dən sürücülərə ÇAĞIRIŞ
Vəsiqəsiz və nömrəsiz maşınla avtoxuliqanlıq etdi – HƏBS OLUNDU - VİDEO











