DYP 25 rayonda reydlər keçirdi, sərxoş sürücülər cərimələndi
Yol polisi
24 May 2021 12:28

Nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edilməsi hallarına qarşı Dövlət Yol Polisi (DYP) xidməti tərəfindən aparılan mübarizə tədbirləri hüquqpozmaların qarşısının alınması məqsədilə ilin sonunadək davam edəcək nəzarət-profilaktik tədbirlər çərçivəsində daha geniş miqyasda həyata keçirilməkdədir. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verib. Bildirilib ki, yol hərəkət iştirakçılarının həyat və sağlamlığı, ümumilikdə cəmiyyət üçün təhlükəli hal hesab olunan hüquqsuz, eləcə də sərxoş vəziyyətdə avtomobil idarə olunması kimi kobud qayda pozuntularının ağır faciələrə, maddi və mənəvi zərərə səbəb olmadan vaxtında aşkarlanması, belə neqativ əməllərə meyilli şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlərin görülməsi, həmçinin ictimaiyyət və media nümayəndələrinin yaxından dəstəyi ilə maarifləndirmə, təbliğat-təşviqat xarakterli iş aparılması tədbirin əsas qayəsi olub.
Gəncə, Ağsu, Qax, Qazax, Qəbələ, Qusar, Zaqatala, Yardımlı, Kürdəmir, Goranboy, Lerik, Mingəçevir, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Cəlilabad, Şəki, Şəmkir, Şirvan, Gədəbəy və Xocalı rayon DYP əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə və ya hüquqsuz idarə edən şəxslər saxlanılaraq barələrində qanuna uyğun inzibati tənbeh tədbirləri görülüb, bu kimi halların yaranma səbəb və şəraiti araşdırılaraq gələcəkdə təkrarlanmaması üçün profilaktiki söhbətlər aparılıb.
Emin
Oxunub : 2076
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












