DYP Səlyan rayonunda növbəti profilaktik tədbir keçirib - FOTO

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində piyadalara yol verməyən sürücülər, eləcə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı piyada keçidlərində piyadalara yol verməyən sürücülər müəyyən edilib, onlarla profilaktiki söhbətlər aparılıb. Qayda pozuntusuna yol vermiş sürücülərə yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi çatdırılaraq, bir daha bu cür qayda pozuntularına yol verməmələri tapşırılıb.
Eyni zamanda yol polisi əməkdaşları mövcud keçidlərdən istifadə etməyərək öz həyatları üçün ciddi təhlükə yaradan piyadaları saxlayıblar. Vətəndaşlarla maarifləndirici söhbətlər aparan inspektorlar, onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar veriblər.
Bundan əlavə, Salyan RPŞ-nin DYP bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki bütün küçə və prospektlərdə hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülür. Əməkdaşlar tərəfindən yollarda daha rahat və təhlükəsiz hərəkətin təmin olunması istiqamətində piyada keçidlərində və yol nişanlarında cizgilənmə işlərinin aparılıb, bir neçə küçədə yeni yol nişanları qoyulub, köhnə nişanlar isə yeniləri ilə əvəz olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



















