DYP sürücülərə qarlı hava ilə bağlı xəbərdarlıq etdi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət edib.
Məlumatda bildirilib ki, hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxta avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir. Sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır. Aparılan təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir.
Bu səbəbdən BDYPİ sürücülərə aşağıdakı tövsiyələrlə müraciət edib:
-
Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinmək;
-
Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini yoxlamaq;
-
Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət etmək;
-
Sürət həddini yol və hava şəraitinə uyğun seçmək, təhlükəsiz məsafəni qorumaq;
-
Yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək.
Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində nəzarət tədbirləri həyata keçirilir və sürücülərlə izahedici söhbətlər davam etdirilir.
BDYPİ bir daha sürücüləri diqqətli olmağa çağıraraq bildirir ki, qarlı havada düzgün şin seçimi sükan arxasında təhlükəsizliyin əsas şərtidir.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












