DYP sürücülərə yeni “texpasport”lar verib – “Un məmulatları daşıyan maşın” - FOTO

Son günlər kiçik yük avtomobilləri idarə edən sürücülər DYP əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparıldıqlarını iddia edirlər. Avtosfer.az-a müraciət edən sürücülər bildirir ki, idarə etdikləri yük maşınlarında daşıdıqları yükün təyinatının qeydiyyat şəhadətnaməsində əks olunması tələbi irəli sürülür.
Belə ki, əsasən “Ford Transit” markalı nəqliyyat vasitələrinin sürücülərinə bu barədə problemlər yaranır.
Sürücülərdən birinin redaksiyamıza göndərdiyi fotoşəkildə təqdim olunan texniki şəhadətnamədə yük maşının təyinatı kimi “un məmulatları daşıyan” qeydi olunub. Maraqlıdır ki, yuxarı hissədə avtomobilin təyinatı kimi “soyuducu” qeydi də var.
Sürücülər arasında bunun qanuni olub-olmadığı barədə suallar yaranır.
"Yol Hərəkəti Haqqında" qanunun 28-ci maddəsində nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi barədə ətraflı məlumat verilib. Belə ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — “AZ”, bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir:
1) nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi — “A”;
2) nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi — “B”;
3) nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri — “C”;
4) nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası — “D”;
5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi — “E”;
6) nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “F”;
7) nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “G”;
8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) — “H”.
Göründüyü kimi nəqliyyat vasitəsinin hansı yükü daşıması ilə bağlı məlumat qeyd olunanlar arasında yoxdur. Belə bir sual yaranır? Təqdim olunan qeydiyyat şəhadətnaməsindəki “un məmulatları daşıyan” ifadəsi hansı əsasla yazılıb?
Fərid
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...
DYP-dən sürücülərə ÇAĞIRIŞ











