DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib. İdarədən Avtosfer.az-a daxil olan müraciətdə deyilir ki, ölkəmizdə velosipeddən istifadənin genişlənməsi müsbət haldır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, velosipedçilər də yol hərəkətinin digər iştirakçıları kimi müəyyən edilmiş qaydalara riayət etməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdırlar: "Müşahidələr göstərir ki, bəzi hallarda velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur. Bu cür hallar müxtəlif dərəcəli xəsarətlərlə, hətta insan həyatı üçün ağır nəticələrlə yekunlaşa bilər".
Baş Dövlət Yol Polisi İdarəsi velosiped idarə edən şəxslərə bir sıra vacib məqamları xatırladır:
Velosiped sürərkən mobil telefondan istifadə etmək, xüsusilə əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. Bu cür davranış diqqətin yayınmasına və velosiped üzərində nəzarətin itirilməsinə səbəb olmaqla qəza riskini artırır.
İstiqaməti dəyişərkən və yolayrıclarında dönərkən qəfil manevrlərdən çəkinilməli, nəzərdə tutulan manevr barədə digər hərəkət iştirakçıları əvvəlcədən müvafiq qaydada xəbərdar edilməlidir.
Xüsusi velosiped yollarının və zolaqlarının mövcud olduğu ərazilərdə həmin yol və zolaqlardan istifadə edilməli, belə imkan olmadıqda isə yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq yolun sağ kənarı ilə hərəkət edilməlidir.
Unutmayın: yol hərəkəti qaydalarına riayət etmək yalnız qanunun tələbi deyil, həm də öz həyat və sağlamlığınızı, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qorumağın vacib şərtidir".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












